İsrail daha 3 əsgərini itirdi – Ölən hərbçilərin sayı AÇIQLANDI

Dünya
14:13 / 21.12.2023
10841
İsrail ordusu Qəzza zolağında baş verən qarşıdurmalarda daha 3 əsgərini itirib.
Sfera.az xəbər verir ki, İsrail ordusu tərəfindən açıqlanan məlumata görə, döyüşlər zamanı 8 əsgər yaralanıb.
Dünyasını dəyişən əsgərlərin biri baş çavuş, ikisi isə leytenant rütbəsini daşıyıb.
Son rəqəmləri nəzərə alsaq, İsrail ordusunun Qəzza zolağında əməliyyatlara başladığı oktyabrın 7-dən bu yana dünyasını dəyişən əsgərlərinin sayı 469-a yüksəlib. Onların 137-si Qəzza ərazisində ölüb.
Vasif