İdxal mallarında yüksək bahalaşma var - STATİSTİKA

İdxal mallarında yüksək bahalaşma var - STATİSTİKA

Azərbaycana idxal edilən malların dəyərində yüksək artım hələ də davam edir. 


Sfera.az xəbər verir ki, 2023-cü ilin oktyabrında idxal olunan malların qiyməti əvvəlki ayla müqayisədə 1,7 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 15,1 faiz, 2023-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 17 faiz yüksəlib. 


İdxal edilən malların sürətlə bahalaşması daxili bazarda da bahalaşmanı gücləndirir. 


İxrac mallarında isə qiymət artımları nəinki səngiyib, malların dəyərində enmə də müşahidə edilir. 2023-cü ilin oktyabrında ixrac olunan məhsulların qiymət səviyyəsi əvvəlki ayla müqayisədə 0,1 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 28,8 faiz, 2023-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 28,4 faiz azalıb. 


Azalmanın səbəbi neft və qaz qiymətlərinin enməsi ilə bağlıdır. Neft və qaz sektoruna aid olunan mallar nəzərə alınmasa, digər malların ixrac dəyərində son bir ildə 8,6 faiz, 2023-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz artım qeydə alınıb. 


Müqayisədən görünür ki, Azərbaycana idxal edilən malların qiymətində artım sürəti ixrac mallarının qiymətindəki artım sürətindən daha güclü olub. İdxal mallarında bahalaşma sürətinin 3-4 dəfə yüksək olduğu görünür. 

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

Yüngül burun axıntısı görün hansı fəsadlara səbəb ola bilər

Burun axması xəstəliyin ən çox görülən simptomlarından biridir. İnsanlar çox vaxt buna əhəmiyyət vermirlər, lakin bu, ciddi fəsadlara səbəb ola bilər.  ...

Azad olunmuş ərazilərdə dincəlmək istəyənlərin nəzərinə!

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə son günlər mövsümlə əlaqədar olaraq havaların isti və quraq keçməsi nəticəsində meşə və otlaq s...

Şuşadakı yanğına səbəb bu imiş - RƏSMİ

İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində polis əməkdaşları tərəfindən baş verən yanğının səbəbləri müəyyən olunub.   Sfera.az xə...

COVID-19 ilə bağlı yeni araşdırma: Əbəs yerə peyvənd olunmuşuq

“JAMA Sağlamlıq Forumu”nda dərc olunan yeni bir araşdırma nəticələrinə görə COVİD-19 pandemiyası zaman dünya üzrə tətbiq edilən hər 5400 v...

Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında öldü

Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb.   Sfera.az Report-a istinadən xəbər verir ki, rayonun Şıxlı kəndi ərazisind...

İranda güclü zəlzələ oldu

İranın Buşehr əyalətinin Əsəluye şəhəri yaxınlığında 4,7 bal maqnitudada zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə IMNA məlumat ya...