COVID-19 geri dönür - ÜST-dən sürətlə yayılan virusla bağlı XƏBƏRDARLIQ

COVID-19 geri dönür - ÜST-dən sürətlə yayılan virusla bağlı XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un yeni variantı ilə bağlı xəbərdarlıq edib.

 

Sfera.az bildirir ki, “Omicron”un alt variantı olan “JN.1” artıq Hindistan, Çin və ABŞ-də aşkarlanıb. Qurum rəsmiləri qeyd ediblər ki, hazırda əhalinin sağlamlığı üçün risk az olsa da, vaksinlərə tələbat var.

 

Mütəxəssislər qış fəslində insanları ehtiyatlı olmağa çağırıb: “Bu fəsildə COVID-19, o cümlədən digər infeksiyalar arta bilər. Hazırda Şimal yarımkürəsində qrip, respirator sinsitial virus (RSV) və uşaqlıq pnevmoniyası kimi infeksiyalar müşahidə olunur. COVID-19-a səbəb olan virus isə zamanla dəyişir və bu, müxtəlif variantların yaranmasına gətirib çıxarır”.

 

ÜST hazırda “JN.1” də daxil olmaqla, digər “Omicron” variantlarını izlədiyini vurğulayıb. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, “JN.1”  hazırda ölkədə ən sürətlə yayılan variantdır və infeksiyaların 15-29 faizini təşkil edir.

 

“Bu variantın koronavirus faktlarını, həmçinin digər virus və bakterial infeksiyaları artracağı proqnozlaşdırılır. Ona görə də, insanların çox olduğu və qapalı yerlərdə maska taxın; öskürərkən və asqıranda ağzınızı tutun; əllərinizi mütəmadi olaraq yuyun;  xüsusilə risk qrupundasınızsa, ən son koronavirus və qrip peyvəndi vurdurun, simptomlar varsa, testdən keçin”, - deyə qurumun məlumatında bildirilir.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Yüngül burun axıntısı görün hansı fəsadlara səbəb ola bilər

Burun axması xəstəliyin ən çox görülən simptomlarından biridir. İnsanlar çox vaxt buna əhəmiyyət vermirlər, lakin bu, ciddi fəsadlara səbəb ola bilər.  ...

Azad olunmuş ərazilərdə dincəlmək istəyənlərin nəzərinə!

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə son günlər mövsümlə əlaqədar olaraq havaların isti və quraq keçməsi nəticəsində meşə və otlaq s...

Şuşadakı yanğına səbəb bu imiş - RƏSMİ

İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində polis əməkdaşları tərəfindən baş verən yanğının səbəbləri müəyyən olunub.   Sfera.az xə...

COVID-19 ilə bağlı yeni araşdırma: Əbəs yerə peyvənd olunmuşuq

“JAMA Sağlamlıq Forumu”nda dərc olunan yeni bir araşdırma nəticələrinə görə COVİD-19 pandemiyası zaman dünya üzrə tətbiq edilən hər 5400 v...

Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında öldü

Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb.   Sfera.az Report-a istinadən xəbər verir ki, rayonun Şıxlı kəndi ərazisind...

İranda güclü zəlzələ oldu

İranın Buşehr əyalətinin Əsəluye şəhəri yaxınlığında 4,7 bal maqnitudada zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə IMNA məlumat ya...