Səs-küy salan qonşuları hansı cəza gözləyir? - AÇIQLAMA

Səs-küy salan qonşuları hansı cəza gözləyir? - AÇIQLAMA

Mənzillərdə divarların səs keçirməsi müəyyən narazılıqlar yaradır. Bir-birinin səsini eşidən qonşular bundan narahat olur, şikayət edirlər. Xüsusilə də tikinti işləri zamanı bu cür problemlər özünü daha qabarıq şəkildə biruzə verir.

 

Bəs, qanunda bununla bağlı hansısa tənzimləyici prosedur nəzərdə tutulubmu?

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən vəkil Vamiq Şükürov deyib ki,  “Tikinti və Şəhərsalma” Məcəlləsinə əsasən, səs-küy və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsi təmin edilməlidir:

 

“Buna görə sakin nə edə bilər? Qanunla səs izolyasiyası pozulduqda inzibati məsuliyyət nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 394.0.5-ci maddəsinə əsasən,  mühəndis-axtarış və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı tikinti norma və qaydalarını pozmağa görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir”.

 

Vəkil qeyd edib ki, səs izolyasiyasının təmin edilməsi üçün bina sakini məhkəməyə də müraciət edə bilər.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Yüngül burun axıntısı görün hansı fəsadlara səbəb ola bilər

Burun axması xəstəliyin ən çox görülən simptomlarından biridir. İnsanlar çox vaxt buna əhəmiyyət vermirlər, lakin bu, ciddi fəsadlara səbəb ola bilər.  ...

Azad olunmuş ərazilərdə dincəlmək istəyənlərin nəzərinə!

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə son günlər mövsümlə əlaqədar olaraq havaların isti və quraq keçməsi nəticəsində meşə və otlaq s...

Şuşadakı yanğına səbəb bu imiş - RƏSMİ

İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində polis əməkdaşları tərəfindən baş verən yanğının səbəbləri müəyyən olunub.   Sfera.az xə...

COVID-19 ilə bağlı yeni araşdırma: Əbəs yerə peyvənd olunmuşuq

“JAMA Sağlamlıq Forumu”nda dərc olunan yeni bir araşdırma nəticələrinə görə COVİD-19 pandemiyası zaman dünya üzrə tətbiq edilən hər 5400 v...

Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında öldü

Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb.   Sfera.az Report-a istinadən xəbər verir ki, rayonun Şıxlı kəndi ərazisind...

İranda güclü zəlzələ oldu

İranın Buşehr əyalətinin Əsəluye şəhəri yaxınlığında 4,7 bal maqnitudada zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə IMNA məlumat ya...