“Sülh sazişi bu halda imzalana bilər” - ŞƏRH

“Sülh sazişi bu halda imzalana bilər” - ŞƏRH

“Bakı Ermənistanla sülh sazişinin tez imzalanmasında maraqlıdır”.

 

Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, bunun üç səbəbi var:

 

“Sərhədin delimitasiyası uzunmüddətli prosesdir, tərəflər arasında fikir ayrılığının olduğunu nəzərə alsaq, bu, sazişin imzalanmasını gecikdirəcək. Digər tərəfdən, Ermənistan “güzgü prinsipi” üzrə qoşunların geri çəkilməsini istəyir. Bu, sərhəddə strateji yüksəkliklərə nəzarəti bərpa edən Azərbaycanın xeyrinə olmadığı üçün məsələnin sonraya saxlanılması Bakının maraqlarına daha uyğundur. Ümumiyyətlə, Azərbaycan Ermənistanla münasibətlərin ikitərəfli formatda həll edilməsindən yanadır. Hərçənd, sərhədin müəyyən edilməsi sovet xəritələrini gündəmə gətirir və bu da xəritələrin olduğu Rusiyanın prosesdə iştirakını şərtləndirəcək”.

 

Ekspert bildirib ki,  İrəvan anklavlar məsələsinə görə də səhədin müəyyənləşməsinin ayrıca müzakirəsində maraqlı ola bilər:

 

“Burada bir mümkün variant da ola bilər. Tərəflər qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasını rəsmiləşdirir, fikir ayrılığının olduğu məsələlər – sərhəd və kommunikasiyaların hansı prinsiplərlə müəyyən edilməsi sonraya saxlanılır. Bu halda kommunikasiyanın açılması arxa plana keçdiyi üçün itirən yenə Ermənistan olacaq”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...