Nə qədər pul qazanacaq və nə vaxt öləcəyik? - Süni intellekt artıq onları da bilir

Süni intellekt artıq nə vaxt öləcəyimizi və nə qədər pul qazanacağımızı təxmin edə bilir.
Sfera.az xəbər verir ki, "Nature Computational Science" şirkətinin alimləri insanın necə yaşayacağını və nə vaxt öləcəyini proqnozlaşdırmaq üçün "Life2vec" adlanan alqoritmi yaradıblar.
Alqoritm 78 faiz dəqiqliklə nə vaxt öləcəyimizi və ömür boyu nə qədər pul qazanacağımızı təxmin etməyi bacarır.
Onu digər modellərdən fərqləndirən cəhəti "ChatGPT"ə bənzər söhbət botu kimi işləməsidir. Model mövcud məlumatlardan istifadə edərək gələcək hadisələri proqnozlaşdırır.
Sistem əhali məlumatlarına əsaslanaraq 2020-ci ilə qədər olan ölümlərin dörddə üçündən çoxunu dəqiq proqnozlaşdırıb.
Qeyd edək ki, məxfilik prinsipləri baxımından iştirakçıların məlumatları hələ paylaşılmayıb.
Ülkər Abdurahmanlı