ABŞ seçki tarixində İLK: Tramp Koloradoda namizəd ola bilməyəcək

ABŞ seçki tarixində İLK: Tramp Koloradoda namizəd ola bilməyəcək

Kolorado ştatının ali məhkəməsinin qərarı ictimai müzakirələrə səbəb olub.

 

Sfera.az xəbər verir ki, Kolorado Ali Məhkəməsi böyük səs çoxluğu ilə Trampın gələn il keçiriləcək prezident seçkilərində Kolorado ştatında bülletendə ola bilməyəcəyinə qərar verib.

 

Qərara görə, respublikaçı namizədlərin yarışacağı, 5 mart 2024-cü ildə Koloradoda keçiriləcək ilkin seçkilərdə Trampın adı bülletenlərdə olmayacaq.

 

Məhkəmə bu qərarın verilməsinə Trampın 2021-ci il yanvarın 6-da Konqresə basqın zamanı hərəkətlərinin Konstitusiyanın 14-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq "üsyan" maddəsi kimi müəyyən edilməsini əsas gətirib.

 

Konstitusiyanın “üsyan” maddəsi ilə namizədin prezident seçkilərində iştirak edə bilməməsi ABŞ tarixində ilk dəfədir.

 

Sözügedən bənddə deyilir ki, “federal və ya əyalət rəsmisi dövlətə qarşı üsyan və ya qiyamda iştirak edə bilməz və dövlətin düşmənlərinə kömək edə bilməz”

 

Trampın ABŞ Ali Məhkəməsinə şikayət edəcəyi gözlənilir. Yekun qərar orada veriləcək.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...