Mərkəzi Bank faizləri endirib – SON RƏQƏMLƏR

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8,5 faizdən 8 faizə salınıb.
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, uçot dərəcəsi ilə yanaşı faiz dəhlizinin aşağı həddi 7 faizdən 6,5 faizə, faiz dəhlizinin yuxarı həddi 9,5 faizdən 9 faizə endirilib.
Mərkəzi Bank bildirir ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla verilib:
“İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi gözləniləndən daha sürətlə azalıb. 2023-cü ilin noyabrında 12 aylıq inflyasiya 2,6% təşkil edib. Artıq 3-cü aydır ki, illik inflyasiya hədəf daxilində formalaşır. Qiymətlərin aylıq dinamikasında da ötən illə müqayisədə azalma davam edir. Noyabrda deflyasiya müşahidə olunub, istehlakçı qiymətləri indeksi 0,2 faiz azalıb”.
Vasif