Yeni “Miss France” Diana saç düzümünü təkrarlamaqla yeni qalmaqalı alovlandırdı

Yeni “Miss France” Diana saç düzümünü təkrarlamaqla yeni qalmaqalı alovlandırdı

20 yaşlı Eva Gilles “Miss France” titulunu qazanıb. Onun bütün dövrlər üçün ən dəbli sayılan qısa saç düzümü (pixie) ciddi müzakirələrə səbəb olub.
 

Sfera.az bildirir ki, Fransa gözəli seçilən Eva Diana saç düzümü kimi tanınan bu saç stili ilə titul qazanan ilk qadın kimi tarixə düşüb. İndi o, “Miss Universe”yə gedəcək. Modelin görünüşü sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Çoxları onun saç düzümünün çətin olduğunu düşünür.
 

Siyasətçiləri və pərəstişkarlar isə Gillesin müdafiəsinə qalxıblar.
 

Gilles isə öz qələbəsini "müxtəlifliyin" qələbəsi kimi qeyd edib. Tənqidçilər ona qalibiyyətin yalnız saç düzümünə görə verildiyini bildiriblər.


Yeni Miss France - Eva Gilles


“Kainat gözəli”nin sözçüsü Gillesin müdafiəsinə qalxıb. O, Kainat gözəli və ya Fransa gözəli olmaq üçün heç bir xüsusi qayda olmadığını bildirib. Onun sözlərinə görə, indiki Kainat gözəli Şaynis Palasiosun da kifayət qədər qısa saç düzümü olub.
 

"Builki "Miss Universe" müsabiqəsində hər cür müxtəlif üslub və saç düzümləri gördük və biz bundan həzz alırıq. Qısa, uzun, qıvrım - biz səhnəmizə gələn hər görünüşü qəbul edirik”.


Eva Gilles isə sübut etmək istəyib ki, qadının gözəlliyi saçları ilə müəyyənləşmir. Lakin o, illər əvvəl uzun saçlarını kəsdirərkən tarix yazmaq fikrində də olmayıb.
 

Eva ilk dəfə “Miss Nord-Pas-de-Kale”yarışmasında ikən saç düzümü müzakirələrə səbəb olub. Bu yarışmada da o qalib gəlib.
 

"Bu, saç düzümü içimdə yeni bir şeyi ortaya çıxardı. Məni dəyişdirdi və daha güclü bir qadına oxşatdı”. O, saç düzümünü sadəcə özü üçün etdiyini bildirib. Eva saçının uzunluğundan asılı olmayaraq özünü güclü və qətiyyətli qadın hesab edir.
 

Hazırda riyaziyyat və kompüter elmləri üzrə təhsil alan Eva Gilles babasının bir az təşviqindən sonra ilk müsabiqəyə müraciət etmək qərarına gəlib.


7,5 milyon tamaşaçının izlədiyi "Miss France" müsabiqəsi zamanı Gilles həm müsabiqənin, həm də cəmiyyətin inkişaf etdiyini sübut etmək istədiyini; qadının gözəlliyinin yalnız saçları və ya bədəninin forması ilə məhdudlaşmadığını deyir.

 

Qeyd edək ki, “Pixie” kəsimi ilə “Kainat gözəli” titulunu qazanan sonuncu qadın 2019-cu ildə təbii, düzləşdirilməmiş saçları ilə “Miss Cənubi Afrika” Zozibini Tunzi olub.

Qələbədən sonra verdiyi müsahibə zamanı Tunzi bir çox insanın onu parik taxmağa məcbur etdiyini açıqlayıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...