Bu hadisələr zarafat deyil, həqiqətən baş verib

Dünyada bəzən zarafat kimi hadisələr də baş verir. Oxuyarkən, bəlkə də ürəkdən güləcəksiniz, amma bu hadisələr realdır.
Sfera.az bu zarafat kimi hadisələrdən bəzilərini təqdim edir.
Pornhub porno saytı bir aprel zarafatı olaraq istifadəçilərə baxdıqları videonun sosial media hesablarında avtomatik paylaşıldığı barədə xəbərdarlıq göstərib.
Berlində yüksək vəzifəli bürokratların və diplomatların getdiyi elit fahişəxana faşistlər tərəfindən gizli şəkildə ələ keçirilib. İçəridəki fahişələr isə casuslarla əvəzlənib. Fahişəxana 1942-ci ildə hava hücumu nəticəsində dağıdılana qədər fəaliyyətini bu şəkildə davam etdirib.
Çikaqoda orta məktəbdə keçirilən ianə zamanı Castin Biberin “Baby” mahnısı tənəffüslərdə oxudulub. Kifayət qədər ianə edilərsə mahnının dayanacağı deyilib.
Şagirdlər ilk üç gün ərzində 1000 dollar toplayıblar.
ABŞ-ın qurucularından və keçmiş prezidentlərindən biri olan Tomas Cefferson İncildən bəzi hissələri ülgüclə kəsib.
Bu əsər “Jefferson Bible” adlanır. Bu versiya qeyri-real möcüzələrdən daha çox İsanın əxlaqi təlimlərini əks etdirir.
London şəhəri 1211-ci ildən kraliçaya kirayə ödəyir. Qiymət isə heç vaxt dəyişməyib: 1 bıçaq, 1 balta, 6 iri nal və 61 mismar.
1997-ci ildə iflas ərəfəsində olan “Apple”ı 150 milyon dollar sərmayə qoyaraq xilas edən şəxs Bill Qeyts olub.
İstifadəçilərinin məxfiliyinə o qədər də əhəmiyyət verməyən Mark Zukerberq 30 milyon dollar xərcləyib və 2013-cü ildə evinin ətrafındakı bütün evləri şəxsi istifadəsi üçün alıb.
“Jurassic Parkdakı T-Rex modeli yağışlı səhnələrdə nasaz olduğu üçün gözlənilməz səhnələrdə spontan hərəkət etməyə başladı.
Mexanik saatlardan əvvəl şam saatları var idi. Hər şamın müəyyən tükənmə vaxtı var idi və vaxt buna görə ölçülürdü.
İnsanlar hətta həyəcan təbili çalmaq üçün şamın içinə mismar vururdular və mismar ərimiş şamla birlikdə yerə düşdükdə o, oyandırıcı rol oynayırdı.
Altı ay fasiləsiz davam edən öskürək, qızdırma və bəlğəmdən şikayət edən 27 yaşlı qadın rentgenə gedib. Ona vərəm diaqnozu qoyulub, müalicə yazılıb və antibiotik qəbul edib.
Amma sonradan məlum olub ki, bütün bunlara onun ağciyərlərinə ilişib qalan prezervativ səbəb olub.
Təyyarədə bir qadın sərnişin ard-arda çoxlu kibrit vuraraq buraxdığı qaz qoxusunu gizlətməyə çalışıb. Nəticədə isə təyyarə yerə təcili eniş etməli olub. Bu da son deyil.
Daha sonra o, aviaşirkət tərəfindən ömürlük qara siyahıya salınıb.
Quruda yaşayan ən yaşlı canlı 186 yaşlı nəhəng tısbağa Conatandır
Conatan 1991-ci ildən Frederika adlı başqa bir tısbağa ilə cütləşir. Ancaq bu yaxınlarda aşkar edilib kimş, Frederika əslində erkəkdir.
Aynil
Sfera.az