Milyonçunu oğurladılar - Sevgilisi kömək üçün yalvarır

Milyonçunu oğurladılar - Sevgilisi kömək üçün yalvarır

Milyonçu və Britaniyanın keçmiş fəxri konsulu 78 yaşlı Kolin Armstronq dekabrın 16-da səhər saatlarında Ekvadorda qaçırılıb.


Sfera.az bildirir ki, polis forması geyinmiş naməlum şəxslər qara rəngli BMW-də milyonçunu və onun kolumbiyalı sevgilisini qaçırıblar.


Dəbdəbəli mülkdə onunla birlikdə gənc sevgilisi Catherine Paola Santos da olub. Hüquq-mühafizə orqanları bildirib ki, qadın tezliklə azadlığa buraxılıb və artıq ifadə verir. O, kömək üçün yalvarır. Bir sıra nüfuzlu agentliklər də bu dolaşıq hekayə haqqında yazıb.
 

Armstronq və onun sevgilisinin qaçırıldığı avtomobil yaxınlıqda yolun kənarında tərk edilmiş vəziyyətdə tapılıb.
 

Armstronqun qızı, Kaliforniyada daşınmaz əmlak agenti kimi çalışan Diana Armstronq-Bruns ictimaiyyətə açıqlama verib. O, atası haqqında hər hansı mühüm məlumatı olan hər kəsdən hüquq-mühafizə orqanlarına zəng etmələrini xahiş edib.
 

Britaniya Xarici İşlər Nazirliyi məsələni mümkün qədər tez araşdırmaq üçün Ekvador səlahiyyətliləri ilə əlaqə saxladığını bildirib.
 

Qaçırılanların pul tələb edib-etmədikləri hələlik məlum deyil.
 

Jurnalistlər Armstronq və onun gənc sevgilisi Ketrinin dəbdəbəli həyatını əks etdirən fotoşəkilləri dərc ediblər.
 

Cazibədar qız İnstaqramda birlikdə səyahətlərini və tətillərini nümayiş etdirməyi çox sevirdi. Bu yaxınlarda səhifəsindən izsiz yoxa çıxan fotolarda cütlük Hollivuddakı əfsanəvi yazı, Misirdəki piramidalar, eləcə də okean sahillərində, restoranlarda və Yapon Nəbatat Bağında romantik məclislər zamanı pozalar verir. Fotoşəkillərin silinməsi də müəmmalıdır və şübhə doğurur (qadının azad edilməsi də həmçinin).
 

Yeri gəlmişkən, 78 yaşlı Kolin Armstronq Ekvadorun liman şəhəri Quayakildə Britaniya konsulluğuna da rəhbərlik edib. O, həmçinin kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı, daşınması və satışı ilə məşğul olan “Agripac” adlı iri yerli şirkətin təsisçisidir.


Milyonerin övladlığa götürdüyü oğlu Leo Morris atasına İngiltərənin Yorkşir şəhərindəki restoranına rəhbərlik edir.


2011-ci ildə Armstronq Britaniya kral ailəsi qarşısında xüsusi xidmətlərinə görə xüsusi nişanlarla təltif edilib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...