“Hyundai” Rusiyadakı zavodunu satdığını elan etdi

“Hyundai” Rusiyadakı zavodunu satdığını elan etdi

“Hyundai” Rusiyadakı zavodunu satır.


Sfera.az bildirir ki, məşhur Koreya avtomobil istehsalçısı Rusiya Federasiyasındakı aktivlərinin alıcısına çevriləcək “Art-Finance” ilə danışıqlar apardığını elan edib.
 

“Hyundai Motor” Rusiya bazarında aktivlərin satışı planını təsdiqləyib.
 

“Hyundai”ın mətbuat xidməti qeyd edib ki, Rusiyada Hyundai avtomobil sahiblərinə dəstək məqsədilə satış sonrası və digər növ müştərilərə xidmət göstərməyə davam edəcək.
 

Qeyd edək ki, “Art-Finance” şirkəti artıq Rusiya bazarında Volkswagen aktivlərinin alıcısına çevrilib.
 

Xatırladaq ki, “Hyundai Motor” Cənubi Koreyada lider mövqeyə malik ən böyük avtomobil istehsalçısıdır və qlobal avtomobil sənayesində ən böyük şirkətlərdən biridir. Şirkət təkcə avtomobil istehsalında ixtisaslaşmayıb, həm də fəaliyyətini qatarların, hərbi texnikanın, sənaye avadanlıqlarının istehsalı və maliyyə xidmətlərinin göstərilməsi üzrə genişləndirir.
 

Şirkətin baş ofisi Seulda yerləşir. “Hyundai Motor” 2000-ci ildə yaradılmış Hyundai Motor Qrupunun bir hissəsidir. 2022-ci il üçün “Forbes Global”ə görə, şirkət dünyanın ən böyük ictimai şirkətləri arasında 147-ci yerdə qərarlaşıb.


Sankt-Peterburqdakı “Hyundai Motors” zavodu isə 2010-cu ildə istifadəyə verilmiş və ilkin olaraq ildə 200 min avtomobil istehsal etmək gücündə idi. Şirkət daha sonra “General Motors”a məxsus yaxınlıqdakı zavodu alıb. Bu, istehsal gücünü ildə 300 min ədədə qədər genişləndirməyə imkan verib.

 

Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...