Selin Dionun vəziyyəti getdikcə pisləşir

Selin Dionun vəziyyəti getdikcə pisləşir

Sərt əzələ sindromundan (nevroloji pozğunluq) əziyyət çəkən 55 yaşlı kanadalı müğənni Selin Dionun vəziyyəti pisləşməkdə davam edir. 90-ların əfsanəvi pop ulduzu, artıq üz əzələlərini idarə edə bilmir.
 

Sfera.az bildirir ki, bu xəstəliyin müalicəsinin olmamasına baxmayaraq, Selin sağalıb yenidən səhnəyə qayıtmağı xəyal edir.


Sənətçinin vəziyyəti barədə jurnalistlərə böyük bacısı Klodet (Claudette) məlumat verib.
 

“Üzərində çox işləyir, amma əzələlərinə nəzarət edə bilmir. Ürəyimi parçalayan odur ki, o, həmişə nizam-intizamlı olub. Həmişə çox çalışıb. Anamız həmişə ona deyirdi: "Bir şeyi edəcəksə ən yaxşısını edəcək, ən düzünü edəcək” - deyə Klodet qeyd edib.
 

O əlavə edib ki, Selin ən çox pərəstişkarları üçün yenidən mahnı oxumağı xəyal edir:
 

"Düzdür, həm bizim, həm də onun xəyallarında məqsəd səhnəyə qayıtmaqdır. Amma nə dərəcədə? Bunu deyə bilmirəm. Səs telləri əzələdir, ürək də əzələdir. Məni məhv edən odur ki, bu, milyonda bir hadisə olduğuna görə, elm adamları bu sahədə çox araşdırma aparmayıblar. Çünki bu xəstəliyə çox az insanda rast gəlinir."


Qeyd edək ki, bir il əvvəl xəstəlik səbəbindən Dion dünya turnesini ləğv etmək məcburiyyətində qalıb. O vaxtdan bəri onun vəziyyətində geriləmə müşahidə olunur. Bu xəstəliklə bağlı araşdırmalar davam etsə də, irəliləyiş ləng gedir.


Oktyabr ayında bacısı Klodet müğənninin hələ əlil arabasından istifadə etmədiyini və hələ də öz performansını bərpa etməyi planlaşdırdığını bildirmişdi.
 

Onu da qeyd edək ki, sərt əzələ sindromundan əziyyət çəkən insanlar "heykələ" çevrilə bilər ki, bu da onların yeriməyi və danışmağını çətinləşdirir. Nevroloji pozğunluq bədənin öz sinir hüceyrələrinə “hücum etməsinə” səbəb olur və hərəkətliliyə ciddi təsir göstərir. Milyonda yalnız bir insana təsir etdiyi düşünülən bu vəziyyət, sümükləri qıra biləcək qədər şiddətli qıcolmalara da səbəb ola bilər.


Xəstələrə adətən 30-50 yaş arasında diaqnoz qoyulur və əsasən qadınlardır.
 

Selin Dion ilk dəfə 2022-ci ilin dekabrında İnstaqramda diaqnozunu açıqlayıb və bir az sonra 2023-cü ildə başlamalı olan dünya turunu ləğv etmişdi.
 

Dion hazırda Denverdə müalicə alır və səhnəyə qayıtmaq istədiyi üçün həkimlər tərəfindən hazırlanmış protokola səylə əməl edir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...