Ərdoğan Küveyt əmiri ilə müzakirə apardı

Dünya
21:53 / 19.12.2023
6059
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Küveyt əmiri şeyx Meşal əl-Əhməd əl-Cabər əs-Sabah arasında telefon danışığı baş tutub.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Ərdoğan Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı ilə əlaqədar qarşı tərəfə başsağlığı verib.
Söhbət zamanı Türkiyə ilə Küveyt əlaqələri, qlobal və regional məsələlər müzakirə edilib. Ərdoğan Şeyx Meşala yeni vəzifəsində uğurlar diləyib.