Azərbaycanlı satıcı GÜLLƏLƏNDİ

Azərbaycanlı satıcı GÜLLƏLƏNDİ

Sankt-Peterburqda kişi pnevmatik silahla əcnəbi satıcıya atəş açaraq hadisə yerindən qaçıb.

 

Sfera.az xəbər verir ki, atışma dekabrın 17-də Efimova küçəsində yerləşən “Sennaya” ticarət kompleksində baş verib. Axşam saatlarında rabitə salonunun əməkdaşı ilə müştəri arasında münaqişə baş verib və müştəri pnevmatik tapança ilə 19 yaşlı Azərbaycan vətəndaşının üzünə atəş açıb.

 

Zərərçəkmiş qapalı kəllə-beyin travması, beyin silkələnməsi və sağ qaş nahiyəsinin yarası ilə xəstəxanaya yerləşdirilib. Yaralıya tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olaraq evə buraxılıb.

 

Polisin aydınlaşdırdığı kimi, hadisənin günahkarı 26 yaşlı İrkutsk sakinidir.

 

Hazırda cinayət işinin başlanması məsələsi həll edilir, hadisənin başvermə şəraiti aydınlaşdırılır, şübhəli şəxs axtarılır./Lent.az 

 


OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərimizin bağlı olmasından DANIŞDI: "Tam əminliklə deyə bilərəm ki..."

"Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər b...

Milli Məclisin komitələrinə sədr seçildi - TAM SİYAHI

Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.   Sfera.az xəbər verir ki, hakim Yeni Azərba...

Metroda nasazlıq yarandı - Sərnişinlər qatardan düşürüldü

Metronun “Neftçilər”- “Qara Qarayev” mənzilində qatarın qapılarından birinə müdaxilə edilməsi ilə bağlı maşinistin idarəetmə pultuna siq...

"Onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edirik" - Prezident

Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur.   Sfera.az xəbər v...

"Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı utopik deyil" - ŞƏRH

“Bu gün rəsmi Bakının xarici siyasət kursunun əsas istiqamətlərindən biri məhz Qərbi Azərbaycana qayıdışın təmin olunmasıdır”.   Bunu Sfe...

Milli Məclis sədrinin müavinləri seçildi - ADLAR

VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib.   Sfera.az xəbər verir ki, bu barədə VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzak...