Bu sürücülərin NƏZƏRİNƏ: “Belə hallarda cərimə edilə bilərsiniz”

Bu sürücülərin NƏZƏRİNƏ: “Belə hallarda cərimə edilə bilərsiniz”

“Sürücü yükü düzgün qablaşdırmadan, yaxud avtomobildə üstü açıq vəziyyətdə aparırsa və bu səbəbdən həmin avtomobildən hər hansı  əşya düşərək digər avtomobilə zərər vurursa, buna görə maddi məsuliyyət daşıyır”.

 

Sfera.az bildirir ki, bunu vəkil Vamiq Şükürov deyib. O, buna bənzər fərqli nümunələr də sadalayıb:

 

“Bəzən sürücülər səhlənkarlıq edir və daşıdıqları yüklər yolların hərəkət hissəsinə tökülür. Nəticədə digər avtomillər həmin maneələrlə qarşılaşır və maddi zərər görürlər. Belə məsuliyyətsiz hərəkətlərə görə adətən avtomobillərin şüşələri sınır. İnzibati Xətalar Məcəlləsinin 352.0.3-cü maddəsinə əsasən, yolların hərəkət hissəsinə yanacaq-sürtkü materialları, kimyəvi maddələr, bitum və beton axıdılmasına, habelə daş, çınqıl, qum və ot tökülməsinə, yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir”.

 

Vəkilin sözlərinə görə, belə bir hal yaşanarsa, zərər vuran sürücü avtomobilini saxlamalıdır:

 

“Əgər zərər verən sürücü avtomobili saxlamırsa, vətəndaşlar avtomobilin markası və nömrəsini götürüb polisə şikayət etməlidir. Həmçinin, DYP əməkdaşı hadisəni rəsmiləşdirdikdən sonra dəymiş ziyanı müəyyən edərək məhkəməyə müraciət olunmalıdır. Məhkəmə şəxsə dəymiş zərərin tutulması barədə qərar qəbul edəcək”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...