“Rusiya ilə münasibətdə yumşaq siyasətə keçməyin vaxtı çatıb” - Paşinyan

Siyasət
14:10 / 19.12.2023
4844
Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 25 və 26-da Sankt-Peterburqda keçirilən Aİİ İqtisadi Şurasının və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.
Sfera.az xatırladır ki, uzun müddətdir, rəsmi İrəvan Rusiyanın müəlliflik etdiyi platformaları boykot edirdi.
Lakin hakim “Mülki müqavilə” partiyasının şənbə günü Gümrüdə keçirilən toplantısında Nikol Paşinyan və Ararat Mirzoyan Rusiya ilə yumşaq siyasətə keçməyin vaxtının çatdığını bildiriblər.
Ülkər Abdurahmanlı