“Ermənistanla sülh razılaşmasında bu ölkələrin imzası ola bilər” - AÇIQLAMA

“Ermənistanla sülh razılaşmasında bu ölkələrin imzası ola bilər” - AÇIQLAMA

“Ermənistanla Azərbaycan arasında yeni müharibənin başlaması ehtimalı aşağıdır”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, səbəbləri bu cür izah edib:

 

“Ermənistan hakimiyyəti ölkəmizin ərazi bütövlüyünü Vaşinqtonun təlimatı ilə tanıyıb. İrəvan məsələdə təkbaşına qərar verəcək siyasi iradəyə malik deyil. Digər tərəfdən, ABŞ administrasiyası Azərbaycana qarşı sanksiya siyasətindən geri çəkilib. ABŞ dövlət katibi Entoni Blinken praqmatik siyasətçidir və Azərbaycanla əməkdaşlığa yüksək səviyyədə dəyər verir. Bu gün rəsmi Bakının təklifi əsasında Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqların başlamasında onun rolu var”.

 

Müsahibimiz bildirib ki, gələn ay Vaşinqtonda xarici işlər nazirlərin görüşü baş tutarsa, sülh müqaviləsinin mətni ilə bağlı həll edilməyən müddəalar müzakirə ediləcək:

 

“Sülh müqaviləsi bağlanarsa, Ermənistan tərəfindən ABŞ, Azərbaycan tərəfindən isə Türkiyənin razılaşmada imzası ola bilər. İrəvan Vaşinqtonun sülh müqaviləsində qarant ölkə olmasında maraqlıdır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...