Nikahdankənar doğulan uşaqlara müvafiq sənədlər necə verilir? - Açıqlama

Nikahdankənar doğulan uşaqlara müvafiq sənədlər necə verilir? - Açıqlama

Nikahdankənar evlilikdən dünyaya gələn uşaqların sayında artım var.

 

Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, il ərzində ölkədə 18814 nikahdankənar uşaq dünyaya gəlib.

 

Bəs, nikahdankənar doğulan uşaqlara müvafiq sənədlərin verilməsi necə həyata keçirilir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, ailə qanunvericiliyinə əsasən, rəsmi nikah olmadıqda ilk addım kimi atanın müəyən edilməsi proseduru həyata keçirilir:

 

“Bu proses  ananın ərizəsi, ata və ananın birgə ərizəsi və məhkəmə qərarı əsasında aparılır. Doğum haqqında şəhədətnamədən əvvəl isə atalığın müəyyən edilməsi barədə şəhadətnamə verilir”.

 

Vəkil bildirib ki, əgər ata atalığın müəyyən edilməsi ilə bağlı ərizə verməkdən imtina edərsə, ana məhkəmə qaydası ilə atalığın müəyyən edilməsi barədə mübahisə qaldıra və xüsusi ekspertiza vasitəsilə bunu sübut edə bilər:

 

“Atalığın müəyyən edilməsi barədə müraciət olunmadıqda, doğum şəhadətnaməsində ananın soyadı qeyd olunur. Uşağın ata və babasının adı ananın göstərişinə əsasən yazılır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...