Tramp prezident seçilərsə, Ukraynaya yardım dayandırılacaq - NARAHATLIQ

Dünya
12:13 / 19.12.2023
4344
Avropalı siyasilər ABŞ-nin keçmiş prezidenti Donald Trampın yenidən seçiləcəyi təqdirdə Ukraynaya maliyyə yardımını dayandıracağından və NATO müttəfiqləri qarşısında götürdüyü öhdəliklərdən imtina edəcəyindən narahatdırlar.
Sfera.az xəbər verir ki, onların qənatəinə görə, Tramp 2024-cü il prezident seçkilərində qalib gələrsə Rusiya ilə müharibə şəraitində olan Ukraynaya yardımı davam etdirəcəyi şübhə altındadır.
Məsələ ilə bağlı açıqlama verən Trampın köməkçiləri bildiriblər ki, o, Avropaya müdafiə yardımını kəsməyə və Çinlə iqtisadi əlaqələri məhdudlaşdırmağa meyillidir.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.
Ülkər Abdurahmanlı