Türk əsgəri Əl Babda

Türk əsgəri Əl Babda

Türkiyə Silahlə Qüvvələrinin dəstəyini alan Azad Suriya Ordusu (ASO) İŞİD-in Suriyda önəmli qalası hesab olunan Əl Babı almaq üçün əməliyyata başlayıb. Sfera.az-ın Lent.az-a istinadən xəbərinə görə, ASO-ya dəstək verən Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları ("bordo berelilər") Əl Bab çevrəsinə sızaraq önəmli hədəflərə doğru irəliləyirlər.
 
Bölgədəki mənbələr dünəndən etibarən ASO-nun bir bölümünün Əl Babın şimal məhəllələrinə girdiyini, İŞİD-ə hava hücumuna başlandığını bildirir. Əl Bab əldən gedərsə, İŞİD-in mərkəzi Rakkaya geri çəkiləcəyi də bildirilir.
 
"Bordo berelilər" Əl Babda əsas hədəfləri müəyyən edəndən sonra bölgədə havadan və qurudan geniş əməliyyat başlayacaq. 


OXŞAR XƏBƏRLƏR