Bakı məktəblərinin 72 şagirdi olimpiadanın qalibi olub

Təhsil
12:07 / 19.12.2023
5734
2023-cü ildə respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən 72 paytaxt məktəblisi qalib olub.
Bu barədə Sfera.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 13 nəfər qızıl, 18 nəfər gümüş, 41 nəfər bürünc medal qazanıb.