Əhali hər ay xaricdən 165 milyon dollarlıq mal alıb

Bu il fiziki şəxslərin idxalında kəskin artım qeydə alınıb.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2023-cü ildə ölkəmizə idxal edilən bütün malların 11,5 faizi fiziki şəxslər tərəfindən gətirilib.
Bu ilin yanvar-noyabr ayları ərzində fiziki şəxslər xaricdən 1,81 milyard dollar dəyərində mal alıb. Ötən illə müqayisədə əhalinin xaricdən aldığı malların dəyəri 548 milyon dollar artıb.
Rəqəmlərdən görünür ki, əhali bu ilin hər ayında xaricdən 165 milyon dollarlıq mal alıb.
Əhalinin xaricdən daha çox hansı malları aldığına dair məlumatlar açıqlanmır. Lakin müşahidələr göstərir ki, əhali əsasən geyim malları, şəxsi minik avtomobilləri, məişətdə istifadə edilən əşyalar və elekton avadanlıqlar (telefon və s.) alır.
İdxalın sürətlə artması göstərir ki, Azərbaycan əhalisi bu növ malların alışını kəskin şəkildə artırıb.
Vasif