Bu malların ixracında yeni rekord qeydə alınıb

Bu malların ixracında yeni rekord qeydə alınıb

Azərbaycanın ixrac etdiyi qeyri neft-qaz mallarının dəyəri bu ilin 11 ayında 3 milyard dolları ötüb.

 

Sfera.az xəbər verir ki, bu dövr ərzində ixrac edilən qeyri neft-qaz mallarının dəyəri 3,033 milyard dollar təşkil edib. Builki artım dinamikası göstərir ki, ilin yekununda sözügedən malların ixrac dəyəri 3,3 milyard dollar səviyyəsində olacaq.

 

Ötən il Azərbaycanın qeyri neft-qaz mallarının ixracında rekord göstərici qeydə alınmışdı. 2022-ci ilin 11 ayı ərzində ixracın dəyəri 2,69 milyard dollar olmuşdu. Müqayisə göstərir ki, bu il ixracda rekord göstərici yenilənəcək.

 

Rekordun yenilənməsi ilə yanaşı qeyri neft-qaz mallarının ümumi ixracdakı payı da artıb. Ötən il ümumi ixracın 7,4 faizi qeyri neft-qaz mallarından ibarət olduğu halda, bu il nisbət 9,63 faizə yüksəlib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...