Şimali Koreya lideri ABŞ-ni hədələdi

Şimali Koreya lideri Kim Çen In ABŞ-ni təhdid edib.
Sfera.az bildirir ki, o, Vaşinqtonu yeni istehsal etdiyi raketlə hədələyib. Belə ki, bir gün əvvəl Pxenyan özünün nəhəng “Hwasong-18” qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib. Raketi müşahidə edən Tokio rəsmiləri onun ABŞ-nin istənilən nöqtəsinə çata biləcəyini qeyd ediblər.
Bununla bağlı açıqlama verən Kim Çen In uğurlu raket buraxılışının ABŞ-yə cavab olduğunu vurğulayıb.
“Biz Pxenyana qarşı yanlış qərar veriləcəyi təqdirdə nəyə qadir olduğumuzu göstərdik. Bu, düşmənlərə bir siqnaldır”, - deyə Şimali Koreya lideri əlavə edib.
Qeyd edək ki, Şimali Koreya bu ilin aprelində ilk dəfə olaraq yeni uzaqmənzilli ballistik raketini sınaqdan keçirib. Prosesə şəxsən Kim Çen In rəhbərlik edib. Raketin Yaponiya dənizinə doğru yönəldiyi qeyd edilib.
Günay