İki metr boyu olan qadına insanların reaksiyası - VİDEO

İki metr boyu olan qadına insanların reaksiyası - VİDEO

Keçmiş peşəkar basketbolçu və olimpiya idmançısı Natalya Vieru boyuna görə tez-tez arzuolunmaz vəziyyətlərə düşür.


Sfera.az bildirir ki, Münhendə yaşayan keçmiş basketbolçu bu yaxınlarda TikTok-da supermarketdə müştərilərin ona necə reaksiya verdiyini göstərən bir video paylaşıb.


Yayımlanan görüntülərdə uşaq və böyüklərdən ibarət bir neçə nəfərin Natalya mağazada gəzərkən təəccüblə ona baxdığını görmək olur.


O, videonun başlığına: "Alış-verişə gedəndə aldığım reaksiyalar belə olur. Bu dabanla təxminən 2,13 sm boyundayam" - yazıb.
 

Natalya daim ondan qısaboy kişilərlə görüşdüyünü deyir. O, bununla bağlı problem görmür, çünki xarakter və ümumi maraqlar onun üçün birinci yerdə gəlir.


Bununla belə, keçmiş basketbolçu özünü daim, xüsusən də standart qapıların çox aşağı olduğu Avropada narahat hiss edir.
 

"Mən yeriyəndə insanların reaksiyaları ölkədən asılı olaraq fərqli olur. Məsələn, ABŞ-da insanlar tez-tez mənimlə dialoqa girib boyumu, basketbol oynayıb-oynamadığımı soruşurlar. Avropada isə sadəcə bərəlmiş gözlərlə baxırlar" - Natalya jurnalistlərə verdiyi açıqlamada gülərək deyir.
 

İzləyiciləri isə onu dəstəkləyir və uzun boylu olmağın faydalarını bölüşürlər:
 

“Konsertlərdə hər şeyi görürsən”, “Şkafın üst rəfindən əşyalar almaq üçün stul götürməyə ehtiyac yoxdur”, “Hündürdaban ayaqqabı geyinməkdən utanmamağınız gözəldir”, “Əla görünürsən, adam lap paxıllıq edir”, “Sənə heyranam” kimi şərhlər yazırlar.

 

Xanım

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...