5 il komada qalan qadın anasının lətifəsinə oyandı - FOTOLAR

5 il komada qalan qadın anasının lətifəsinə oyandı - FOTOLAR

ABŞ-ın Niles şəhərindən olan Cennifer Flewellen anasının danışdığı lətifə sayəsində beş illik komadan ayılıb. Dəhşətli avtomobil qəzasında ağır yaralanan qadını anası 60 yaşlı Peggy Means güldürüb.
 

Sfera.az bildirir ki, bu inanılmaz hadisənin təfərrüatları dünya mediasının manşetinə çevrilib.

Komadan ayılandan sonra Cennifer danışa bilməsə də, başını tərpədib. Əvvəlcə bununla o, yalnız “bəli" və ya "yox" sualına cavab verib, indi isə bir neçə söz istifadə edə bilir.
 

Reabilitasiya mərkəzindəki həkimi bu hadisənin çox, nadir baş verdiyini deyir. Onun sözlərinə görə belə vəziyyətdəki xəstələrin yalnız 1-3%-i bu nəticəyə nail olur. Ceniffer isə nəinki oyanıb, həm də ümumi vəziyyətində irəliləyiş var.


Flewellen komada keçirdiyi bütün müddət ərzində anası demək olar ki, hər gün xəstəxanaya gəlib, ona qulluq edib. Qadın bir gün qızının mütləq oyanacağına inanıb. Nəhayət bu baş verəndə o, həmin anı videoya çəkərək bütün qohumlarına və dostlarına göndərib.
 

Bu oktyabr ayında Cennifer və kiçik oğlu hətta futbol matçına da gələ biliblər. Cennifer hələ də böyük oğlunun artıq 21 yaşı olduğuna inana bilmir.


Cenniferin ailəsi onun tezliklə gəzəcəyinə və oğulları ilə daha çox vaxt keçirəcəyinə inanır.


Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...