Təsdiqləndi: Misirə daha 6 il Sisi rəhbərlik edəcək

Dünya
23:40 / 18.12.2023
10578
Dekabrın 10-12-də keçirilən ümumi seçkilərdə Misirin hazırkı lideri Əbdülfəttah əs-Sisi qalib gəlib və növbəti 6 ildə yenidən ölkə prezidenti olacaq.
Sfera.az xəbər verir ki, Misirin Milli Seçki Komissiyası Qahirədə keçirilən prezident seçkilərinin rəsmi nəticələrini təqdim edib.
Misirdən kənarda və ümumilikdə ölkədə səs verən seçicilərin 89,6%-i əs-Sisiyə səs verib.
Bu barədə Milli Seçki Komissiyasının rəhbəri Hazem Bədavi bildirib. (Publika.az)