6,1 bal gücündə ZƏLZƏLƏ: Daha bir ölkə silkələndi

Dünya
21:10 / 18.12.2023
9464
Çində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 3 milyon insanın yaşadığı Lançjou şəhərindən (Qansu əyaləti) 101 km cənub-qərbdə yerləşib.
Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.