Papa eynicinsli cütlüklərə xeyir-dua verməyə icazə verdi

Papa eynicinsli cütlüklərə xeyir-dua verməyə icazə verdi

Vatikanın doktrinal ofisi ilk dəfə olaraq katolik keşişlərə eynicinsli cütlüklərə xeyir-dua verməyə icazə verib.

Sfera.az bildirir ki, Papa Fransisk keşişlərə eynicinsli cütlüklərə xeyir-dua verməyə icazə verib. Lakin bu xeyir-dualar dini ayin və yaxud digər rəsmi kilsə rituallarının bir hissəsi olmayacaq.


Doktrina Departamenti tərəfindən dərc edilən sənəddə deyilir ki, eynicinsli cütlüklərə xeyir-dua verilməsi Katolik Kilsəsinin gözündə bu cür münasibətləri qanuniləşdirməyəcək.


Bununla belə, Papa bildirib ki, qanun Allahın bütün insanları istisnasız qəbul etməsi prinsipini təsdiq etməlidir.


Papa Fransisk tərəfindən təsdiqlənən sənəd, kahinlərin artıq eyni cinsdən olan cütlüklərə xeyir-dua verdiyini təsdiqləyir.


Yeni sənədə görə keşişlər istənilən hallarda insanların Kilsəyə yaxınlığını qadağan və ya inkar edə bilməzlər.


Eyni zamanda, Vatikan eynicinsli nikahlara və ya münasibətlərə ənənəvi mənfi münasibətini dəyişmir. Katolik Kilsəsi evliliyin yalnız kişi və qadın arasında olmalı olduğunu qəbul edir. Evliliyin əsas məqsədi uşaq dünyaya gətirmək olmalıdır.


LGBT üzvləri ilə işləyən amerikalı keşiş Ata Ceyms Martin Vatikanın yeni qərarlarını bu cür möminlərin kilsənin həyatında iştirakını insanların Kilsəyə inamını təmin etmək yolunda kritik addım adlandırıb.


Qeyd edək ki, 2013-cü ildə bu titulu aldıqdan bəri Papa Fransisk dəfələrlə katolik icmasını LGBT insanlara qarşı daha dözümlü olmağa səsləsə də, kilsənin bu sahədəki əsas doktrinalarını dəyişmək niyyətində deyil.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...