Bakı ilə Tehran arasında saziş: Naxçıvana dəhliz…

Bakı ilə Tehran arasında saziş: Naxçıvana dəhliz…

Gələn ay ərzində İran və Azərbaycan arasında Araz yol dəhlizi sazişi imzalanacaq.

 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, dəhliz sazişinin imzalanması ilə əlaqədar tədbir təşkil olunacaq:

 

“Tədbirdə Rusiya nümayəndələri də iştirak edəcəklər”.

 

İranlı nazir bildirib ki, podratçı şirkətin təyin olunması ilə Araz dəhlizinin inşası prosesinə başlanıb:

 

“Bu proses Araz çayı üzərində körpünün tikilməsi, magistral yolun genişləndirilməsi çərçivəsində həyata keçiriləcək. Belə ki, bu dəhliz Naxçıvana birləşəcək”.

 

Qeyd edək ki, Araz yol dəhlizi İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikasına birləşdirəcək.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...