Əbdülfəttah əs-Sisi yenidən prezident seçildi

Siyasət
17:31 / 18.12.2023
15024
Misirin keçmiş dövlət başçısı Əbdülfəttah əs-Sisi növbəti dəfə bu ölkənin prezidenti seçilib.
Sfera.az "Sputnik"ə istinadən xəbər verir ki, seçkinin yekun nəticələrini Misir Milli Seçki Komissiyasının rəhbəri Hazem Bədavi dövlət televiziyası ilə canlı yayımda açıqlayıb.
Onun sözlərinə görə, seçicilərin 89,6%-i Əbdülfəttah əs-Sisinin namizədliyinə səs verib.