İncəsənət ət bazarına dönüb? – FOTO

İncəsənət ət bazarına dönüb? – FOTO

Azadlıq prospektində yerləşən, adı “İncəsənƏT” olan ət mağazasının fotosu müzakirələrə səbəb olub.


Sfera.az xəbər verir ki, ət mağazasına bu adın qoyulması heç də birmənalı qarşılanmayıb.

 

Bir çox sosial şəbəkə istifadəçisi incəsənət sözünün lağa qoyulduğunu iddia edib. 

 

Qeyd edək ki, biznes fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlar bazarda və istehlakçılar arasında tanınmaq məqsədilə rəsmi qeydiyyata alınmış adlarından fərqli olan adlardan (biznes adı) istifadə edə bilər. 

 

Əksər ölkələr hüquqi, eləcə də fiziki şəxslərin sahibkarlıq fəaliyyəti üçün qeydiyyat mexanizmini tətbiq edir və həmin mexanizm çərçivəsində biznes adlarının qeydiyyatı tələb edilir. Belə mexanizm adların sistemləşdirilməsi və vahid məlumat bazasının yaradılmasını təmin etməklə yanaşı, sahibkarların fəaliyyətini də asanlaşdırır. Bu həm də dövlət dilinin xarici təsirlərdən müdafiəsinin təşkil edilməsini, eləcə də dövlət dilinin düzgün istifadəsinə nəzarəti, biznes adlarının istifadəsi zamanı xoşagəlməz, təhqiramiz söz və ifadələrin istifadəsinin qarşısının alınmasını təmin etmiş olur. Sözügedən istiqamətdə tədbirlər bir sıra hallarda ümumi qadağanedici prinsiplər, bəzi hallarda isə qadağan edilmiş söz və ifadələrin siyahısının tərtib edilməsi yolu ilə həyata keçirilir.

 

Bundan əlavə, xidmət, ticarət, istehlak bazarı obyektlərinin və digər oxşar təyinatlı obyektlərin (ticarət obyektəri) adlarının tənzimlənməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qaydalarında ticarət obyektlərinin adlarında müvafiq qaydada hazırlanmış və təsdiq edilmiş Azərbaycan dilinin orfoqrafik lüğət(lər)ində təsdiq edilmiş sözlərdən istifadə olunmalıdır, ümumi qəbul edilmiş humanizm və əxlaq normalarına zidd olan təhqiramiz söz, söz birləşmələri və ifadələrindən istifadə isə qadağandır.

 

Orxan


 


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...