“iPhone” 16 modelinə xüsusi düymə əlavə ediləcək - YENİLİK

“iPhone” 16 modelinə xüsusi düymə əlavə ediləcək - YENİLİK

“iPhone” 16 seriyalı smartfonlara istehsalçı yeni düymə əlavə edəcək. 


Sfera.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 


Qlobal bazarlar üçün istehsal edilən telefonlarda düymə cihazın sağ tərəfində yerləşdiriləcək. ABŞ bazarı üçün istehsal edilən telefonlarda isə düymənin sol tərəfdə yerləşdirilməsi nəzərdə tutulub. 


“iPhone” 16 seriyasında quraşdırılması nəzərdə tutulan element şərti olaraq “Capture Button” (Çəkmə düyməsi) adlandırılıb. 


Düyməni basmaqla tez bir zamanda şəkil və ya video çəkmək mümkün olacaq. “Capture Button” “iPhone 16” seriyasının bütün smartfonlarında olacaq.


Qeyd edək ki,  “iPhone” 15 Pro və 15 Pro “Max”da səssiz rejimi idarə edən düymə var. 


Vasif



 


OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Expo 2025 sərgisinin təşkilatçıları bir ziyarətçinin İkinci Dünya Müharibəsinin başlaması səbəbindən ləğv edilmi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...