Xaricdən gətirilən ucuz ətlərlə bağlı AÇIQLAMA

Xaricdən gətirilən ucuz ətlərlə bağlı AÇIQLAMA

Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən bu il yanvar- oktyabr aylarında Azərbaycan  xaricdən ət idxalını 93,3 faiz artırıb. İdxal faizinin artım səbəbi xaricdən gətirilən ucuz ət məhsullarıdır.

 

Bəs, ucuz ətdən ən çox hansı sahələrdə istifadə olunur? Bu ətin fəsadları varmı?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, ölkəyə idxal olunan ucuz ətlər əsasən kolbasa, sosiska kimi ət məhsullarının hazrlanmasında, eyni zamanda  bir çox ictimai iaşə obyektlərində istifadə olunur.

 

“Ət insan orqanizmi üçün faydalı hesab olunan qidalardan biridir. Lakin xəstə heyvanları kəsərək ucuz qiymətə insanlara satırlar ki, bu da insan sağlamlığı üçün çox ziyanlıdır. Ətin rəngini və qoxusunu dəyişmək üçün sağlamlığa ziyanlı kimyəvi qatqılardan istifadə olunur. Bu kimi ətlərdən istifadə olunduqda sağlam insanlarda maddələr mübadiləsinin və daxili orqanların funksiyası pozulur”.

 

Mütəxəssis bildirib ki, mənşəyi bəlli olmayan yerlərdən ət məhsullarının alınması məsləhət görülmür.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...