Deputat “yastıq altında” saxlanılan pullardan DANIŞDI

Deputat “yastıq altında” saxlanılan pullardan DANIŞDI

“Banklardan kənarda saxlanılan nağd pulun həcmində artım var”.

 

Sfera.az bildirir ki, bunu iqtisadçı, deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, hazırda banklardan kənarda 14 milyard 941 milyon manat nağd vəsait var:

 

“Əgər bu ilin ilk 8 ayının yekunlarına görə evlərdə 14 milyard 604 milyon manat saxlanılırdısa, bu rəqəm 9 aylıq yekunlarda 14 milyard 741 milyon manat olub. Bu ilin ilk 10 ayında isə banklardan kənarda nağd pulun həcmi əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 17 faiz artaraq 5 milyard manata çatıb. “Yastıq altında” böyük həcmdə nağd pulun saxlanılması real sektorun maliyyələşdirilməsi baxımından arzuolunan deyil”.

 

Millət vəkili bildirib ki,  həmin pulların çox hissəsinin banklar vasitəsilə iqtisadiyyata yönəldilməsi mümkündür:

 

“Evlərdə saxlanılan nağd pulun həcminin çox olması banklara inamın artırılması istiqamətində işlərin daha da sürətləndirilməsini prioritetləşdirir. Bu kontekstdən, zəif bankların bağlanması deyil, onların konsolidasiyası, yəni birləşdirilməsi mexanizminə ehtiyac var. Bu nağd vəsaitlərin banklar vasitəsi ilə real sektora yönəlməsinə gətirib çıxara bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...