"McLaren"in “pit-stop”u "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO

Maraqlı
14:54 / 18.12.2023
7704
"McLaren" komandası 2023-cü il mövsümündə Formula 1 tarixindəki ən sürətli pit-stopla hamını təəccübləndirib.
Sfera.az xəbər verir ki, Qətər Qran Prisi zamanı 27-ci dövrədə Lando Norrisin mexanikləri “pit-stop”u cəmi 1,80 saniyəyə edərək rekord qırıb.
Bu nailiyyət rəsmi olaraq Ginnesin Rekordlar Kitabına daxil edilib.
Şirkət nümayəndələri bu yaxınlarda komandanın Uokinqdəki "McLaren Texnologiya Mərkəzi"ndə olub və rekord “pit-stop”un kitaba daxil edildiyini təsdiq edən rəsmi sertifikatı Britaniya komandasına təqdim ediblər.
Qeyd edək ki, əvvəlki rekord 1,82 saniyə ilə Red Bull Racing-ə məxsus olub və 2019-cu ildə Braziliya Qran Prisində müəyyən edilib.
Firuzə Əliyeva