Donald Tramp söz verdi: “Prezident seçilsəm...”

Dünya
13:37 / 18.12.2023
7147
ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti dəfə prezident seçiləcəyi təqdirdə ölkədəki mühacirləri deportasiya edəcəyini vəd edib.
Sfera.az-ın məlumatına görə, o, seçki kampaniyası çərçivəsində Nevada ştatında keçirdiyi görüş zamanı bildirib ki, ölkə tarixində ən böyük deportasiyanı həyata keçirəcək:
“Mühacirlərlə bağlı tədbirlərimi genişləndirəcəm. Federal hüquq-mühafizə qüvvələrinin böyük bir hissəsinin immiqrasiya ilə əlaqəli birliklərə köçürülməsinə şərait yaradacam”.
Ülkər Abdurahmanlı