Razi Nurullayev prezidentliyə namizəd oldu

Siyasət
12:37 / 18.12.2023
7070
Milli Cəbhə Partiyasının İdarə Heyəti partiya sədri, deputat Razı Nurullayevin prezidentliyə namizədliyini irəli sürüb.
Sfera.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə paylaşım edib:
“Milli Cəbhə Partiyası idarə heyəti partiya sədri, millət vəkili Razı Nurullayevin prezidentliyə namizədliyini irəli sürdü. Ölkəmiz üçün uğurlu olsun”.
Qeyd edək ki, Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Ülkər Abdurahmanlı