“Qüdrətli və çiçəklənən Azərbaycan Prezident İlham Əliyevin amalıdır”

“Qüdrətli və çiçəklənən Azərbaycan Prezident İlham Əliyevin amalıdır”

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədini irəli sürüb. Sözügedən  qərar Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında qəbul edilib.

 

Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev bunu bütün xalqın qərarı və istəyi kimi xarakterizə edib:

 

“Bildiyiniz kimi, hakim partiyanın növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev oldu ki, bu da təsadüfi deyil. Çünki Prezident İlham Əliyev bugünə qədərki siyasəti, xalqımıza bəxş etdiyi böyük zəfərlər və uğurlarla sübut edib ki, o, bundan sonra da xalqımıza rəhbərlik etməyə, onu böyük ideyaların, məqsədlərin arxasınca aparmağa qadirdir. Başqa sözlə desək, bu, sadəcə Yeni Azərbaycan Partiyasının qərarı deyil, həm də xalqın seçimidir.

 

Qüdrətli və çiçəklənən Azərbaycan Prezident İlham Əliyevin amalıdır. Onun bütün siyasətinin ana xəttini məhz bu amal təşkil edir. Ərazi bütövlüyümüzün və suverenliyimizin qorunması, müstəqilliyimizin daha da güclənməsi, ölkəmizin iqtisadi-siyasi nüfuzunun artması, xalqımızın rifahının yüksəlməsi dövlət başçımızın ali məqsədi olub və bu məqsəd bundan  sonra da öz aktuallığını, önəmini qoruyub saxlayacaq.

 

Hesab edirəm ki, İlham Əliyevin bundan sonra da ölkəmizə rəhbərlik etməsi dövlətimizin yeni uğurlarının təmini və qarantı demək olacaq ”.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...