Ersin Tatar Ərdoğanla görüşdü

Dünya
22:18 / 17.12.2023
14547
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar Ankarada səfərdədir.
Sfera.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.
O, Dolmabahçe sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Görüşün gündəliyi açıqlanmayıb. Türkiyə vitse-prezidenti Cevdet Yılmaz və ŞKTR Baş naziri Ünal Üstelin də görüşdə iştirak etdiyi bildirilir.