Müğənni Rüfət Axundov sürət həddini aşdı, polis maşını saxladı - VİDEO

Maqazin
20:16 / 17.12.2023
16847
Müğənni Rüfət Axundovun idarə etdiyi avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polis İdarəsindən məlumat verilib.
Bildirilir ki, avtomobil müvəqqəti mühafizə olun duracağa yerləşdirilib.
Toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim ediləcəkdir.
Qeyd edək ki, müğənni Rüfət Axundov yol-hərəkət qaydalarına əməl etməyib. İfaçı Bakıda aeroport yolunda sürət həddini aşıb. Mərdəkan istiqamətində hərəkətdə olan R.Axundov sözügedən yolda maksimal sürət həddi 90 olduğu halda, avtomobili 127 km/saatla sürüb.
Sözügedən görüntüləri təqdim edirik: