“3 maddə var, Qarabağı bu tarixdə qaytara bilərik” - Aşotyandan ağlasığmaz iddia

“3 maddə var, Qarabağı bu tarixdə qaytara bilərik” - Aşotyandan ağlasığmaz iddia

“Biz Qarabağı qaytara bilərik, lakin ağlımızda, qəlbimizdə, yaddaşımızda ondan imtina etsək, itkisi qaçılmaz olacaq”.

 

Sfera.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasının vitse-prezidenti Armen Aşotyan deyib.

 

Dünyanın, o cümlədən Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması reallığını unudan Aşotyan iddia edib ki, guya “artsax” problemi qlobal siyasi əhəmiyyət kəsb edir:

 

“Mənim üç maddəlik şərtim var. Birinci şərt “artsax”ın qaytarılmasını arzu, məqsəd, ümumxalq ideyası kimi qəbul etməkdir. İkinci şərt bu məqsədə çatmaq üçün kompleks səylər göstərmək, erməni potensialını tam üzə çıxarmaq və istiqamətləndirmək, dövləti gücləndirməkdir.

 

Üçüncü şərt əlverişli beynəlxalq vəziyyət, geosiyasi iqlimin yaranmasıdır. Tarix sübut edir ki, bu da mümkündür. Mən öz yanaşmamı qısaca xülasə etsəm, “artsax”ı qaytarmaq üçün biz işləməli və əlverişli şəraitdə istəyimizi həyata keçirməyə hazır olmalıyıq. Bunun mümkün olduğunu yəhudilər sübut etdilər: təxminən 2000 ildən sonra Qüdsü geri aldılar. Mənim təsvir etdiyim alqoritmlə Paşinyan bir araya sığmır. Ona görə də ilk növbədə Ermənistanda hakimiyyətin dəyişdirilməsinə ehtiyac var”.

 

Qeyd edək ki, A.Aşotyanın bu iddiası erməni müxalifətinin Nikol Paşinyanı qaralamaq cəhdindən başqa bir şey deyil. Ermənistan əhalisinin sürətlə azaldığı bir vaxtda hansısa “yəhudi düsturu”ndan danışan Aşotyan Qüdsün 2000 il sonra “qaytarılması”na işarə edir. Onun məntiqi ilə ermənilər Qarabağı 4023-cü ildə qaytara bilərlər. Lakin əhalisinin sürətlə azaldığı bir vaxtda ermənilərin o tarixə qədər varlığını davam etdirməsi mümkünsüz görünür.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...