Ermənistanda qəza - 15 nəfər yaralandı

Dünya
15:23 / 17.12.2023
6524
Ermənistanın Tavuş vilayətində yol qəzası baş verib.
Sfera.az erməni mediasına istinadən xəbər verir ki, İcevan-Dilican marşrutu ilə hərəkət edən “QAZel” markalı mikroavtobus və “VAZ-2106” toqquşub.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 15 nəfər İcevan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkənlərin şəxsiyyətini müəyyənləşdirir.