İti qapıdan qovursan daha gəlmir, amma müğənnilər...” - Ağır sözlər

“İti qapıdan qovursan daha gəlmir, amma müğənnilər...” - Ağır sözlər

"Verilişlərdən inciyib efiri tərk edən müğənniləri yenidən həmin verilişdə görmək artıq adət halını alıb. Özünə hörmət edən insan ikinci dəfə o verilişə getməz. Qonağı çağıran aparıcılar da bilir ki, kimlə necə rəftar etmək lazımdır. 5-6 ildir ki, televizora baxmıram. Nə eşitsəm də, bilsəm də sosial şəbəkələrdə qarşıma çıxır. O sferadan uzaq durmağa çalışıram, artıq iyrənirəm. Müğənnilər özlərini o qədər alçaldır ki. Dünyanı kim tutub dayanıb ki? Bir tikə çörəyinizi adam balası kimi niyə yeyə bilmirsiniz ki? Şükür Allaha, toylarınız var, işləriniz var. Üzünə itin sözü deyilən, biyabır olunan və yenidən o verilişə gələn müğənninin günahkarı da özüdür. İti qapıdan qovursan ikinci dəfə həmin qapıya gəlmir, sizə nə olub? İt qədər də olmadız?" 

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Şəhla Həmidova deyib. O daha sonra əlavə edib. 

 

"Sənət nə gəzir? Çoxdan rəhmətə gedib. Sadəcə olaraq özləri üçün oynayırlar. Sənətin göstəricisi efir və tiktokdur. Efirdən oxunan mahnıları da görürük də. Niyə zövqlər belə korlandı? O mahnılar hardan çıxır? Bəlkə də mən geridə qalmışam. Dünya ölkələrində də bayağılıq çoxalıb, amma bizdəki dərəcədə deyil. Yaxşı ki, mən Sovet illərində doğulmuşam. O mahnıları eşitmişəm, yaxşını pisdən seçə bilirəm" deyə müğənni bildirib. 

 

Müğənni fanaqram oxuyan həmkarlarından da danışıb. 

 

"Fanaqram oxuduqlarına görə toyda döyülənlər olub. Son günlərdə onun şahidi olmuşam ki, istəyirsən fanaqram oxu, istəyirsənsə canlı, tamaşaçı üçün bunun önəmi yoxdur. Bu dəqiqə bərk gedən müğənnilərin çoxu toyu başdan-ayağa fanaqramla yola verir. 10-15 min də alıb ciblərinə qoyurlar. Bəh-bəhlə də onları toya çağırırlar. Elə rahat da pulu onlara verirlər ki. Dövran təsrinə fırlanır" deyə müğənni bildirib. 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...