Məşhur rok qrupu üzvü vəfat etdi

Məşhur rok qrupu üzvü vəfat etdi

Avstraliyalı AC/DC rok qrupunun baraban ifaçısı Kolin Burgess vəfat edib.

 

Sfera.az bildirir ki, musiqiçinin 77 yaşı var idi. Colin Burgess qrupda cəmi bir il fəaliyyət göstərib. O, səhnəyə sərxoş çıxdığı iddiası ilə qalmaqalla qrupdan qovulub.
 

Qrupun yaydığı bəyanatda: "Kolin Burgessin vəfatını eşitmək çox kədərlidir. O, bizim orijinal barabançı və çox dəyər verdiyimiz musiqiçimiz idi" - deyilir.


1973-cü ildə Gənc qardaşlar Malkolm və Anqus tərəfindən yaradılan əfsanəvi qrupun ilk üzvlərinə vokalçı Deyv Evans, basçı Larri Van Kreedt və Colin Burgess daxildir.
 

Onların dünya üzrə ən tanınmış mahnısı ABŞ-da 17-ci, Böyük Britaniyada isə səkkizinci yerdə zirvəyə çatan “Highway to Hell” idi.
 

Digər uğurlu albomlara "Back in Black" və "For That About To Rock We Salute You" daxildir. AC/DC 200 milyondan çox albom satışı ilə rekord qazanıb.


Ancaq Colin qrupda cəmi bir il fəaliyyət göstərib. O, səhnəyə sərxoş çıxmaqda ittiham edilərək qrupdan qovulub. Daha sonralar verdiyi açıqlamalarda Colin, israrla kiminsə onun içkisinə spirt tökdüyünü iddia edib.
 

1975-ci ildə qrupa Phil Rudd qoşulmazdan əvvəl onu bir neçə barabançı əvəz edib. Phil 1984-cü ilə qədər qrupda 9 il ardıcıl fəaliyyət göstərib. 2018-ci ildə isə o, yenidən qrupa qayıdıb.
 

Phil bilək zədəsi aldıqda Colin onu əvəz etmək üçün qısa müddətlik AC/DC-yə qayıdıb.


İllər sonra Colin 1980-ci ilin fevralında qrupun solisti Bon Skottun vəfat etdiyi gecə Londonda “The Music Factory” klubunda onunla görüşüb.
 

Bon, klubu tərk etməzdən əvvəl onunla danışan son insanlardan biri məhz Colin olub. Bon 33 yaşında faciəvi şəkildə dünyasını dəyişib. Həmin gecə Bon çox içib və dostları onu məcbur maşında yatmağa göndəriblər. Səhər saatlarında vokalist ölü tapılıb. Ekspertiza onun ölüm səbəbini "kəskin alkoqol zəhərlənməsi" olaraq təyin edib.
 

Colin həm də “Masters Apprentices” qrupunda baraban ifaçısı idi. O, həmçinin qardaşı Danny ilə birlikdə “The Burgess Brothers” qrupunda çıxış edib. Xatırladaq ki, qrup 2014-cü ildə adını dəyişdirərək, “Burgess Burgess” olub.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...