Gələcəkdə insanlar ölülərlə əlaqə yarada biləcəklər - İDDİA

Gələcəkdə insanlar ölülərlə əlaqə yarada biləcəklər - İDDİA

Braziliyalı "Yaşayan Nostradamus" adlandırılan Athos Salome iddia edir ki, çox yaxın gələcəkdə insanlar artıq aramızdan ayrılanlarla ünsiyyət qurmaq imkanı qazanacaqlar.


Sfera.az bildirir ki, gələcəyi gördüyü iddia edilən bu oğlan süni intellektin tezliklə ölülərlə əlaqə qura biləcəyi barədə xəbərdarlıq edib.


Görücü qeyd edib ki, bəşəriyyət “mənəvi inqilab” astanasındadır. O, öz mənbələrinə əsasən əlavə edib ki, bütün dünyada kiçik qrupların iştirakı ilə gizli eksperimentlər aparılır.


Qeyd edək ki, Athos Salome, bir çoxunun gerçəkləşdiyi proqnozları sayəsində "yaşayan Nostradamus" kimi tanınır. İndi o inanır ki, tezliklə texnologiya insanların dünyasını dəyişənlərlə danışmasına imkan verəcək.


Proqnozçu iddia edir ki, süni intellekt bəşəriyyətin zaman səyahətini əvvəllər heç olmadığı kimi açmağa yönəlib.


Bununla belə, Athos “kənar dünya”dan alacağımız cavablara kifayət qədər hazır olmayacağımızı bildirib. Amma o deyir ki, biz kainatla daha dərin əlaqə yarada biləcəyik. Görücü qeyd edib ki, 2024-cü ildə texnologiyanın istifadəyə verilməsi ərəfəsində bəşəriyyət “mənəvi inqilab” astanasındadır.


Xatırladaq ki, “Yaşayan Nostradamus" əvvəllər 2023-cü ilin sonunda bütün dünyada zəlzələ və daşqınların başlayacağı ilə bağlı bir neçə dəhşətli proqnozlar vermişdi.


Athos son açıqlamalarında yaxın aylarda baş verəcək daşqınlar və zəlzələlər barədə xəbərdarlıq edib və hətta tam olaraq harada nə olacağını ətraflı təsvir edib. Bununla belə, o, həmişə açıq şəkildə bildirir ki, onun baxışları çaxnaşma yaratmağa yönəlməyib O, qlobal miqyasda ölüm və dağıntı proqnozlaşdırsa da, onların bir çoxunun qarşısını almaq üçün tədbirlər görülə biləcəyinə inanır.


O, ictimaiyyətdə qorxu yaratmaq niyyətində olmadığını, proqnozlaşdırılan neqativ hadisələrin baş tutmayacağına ümid etdiyini bildirib.


Salomenin fikrincə, Sakit Okean Atəş Halqasında - xüsusən də İndoneziyanın Yava adasında, eləcə də Kaliforniyanın şimalından (ABŞ) Cənubi Britaniya Kolumbiyası (Kanada) qədər uzanan sahil zolağında vulkanik və seysmik aktivliyin artması gözlənilir.
 

Salome Filippin və Tayland da daxil olmaqla, Cənub-Şərqi Asiya kimi bölgələrdə, həmçinin ABŞ-da Meksika körfəzi və Florida kimi yüksək riskə malik ərazilərdə qasırğaların dağıntılara səbəb olacağını bildirmişdi (ABŞ-da artıq baş verib).


Salome, Braziliyada, Hindistanda Qanq çayı hövzəsində və Vyetnamda Mekonq Deltasında güclü yağışların daşqın təhlükəsi yaradacağını da proqnozlaşdırır. Onun fikrincə, bu bölgələrdə daşqınların qarşısının alınması tədbirlərinə diqqət yetirilməlidir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR