Ramiz Novruzun övladları arasında DAVA: “Düşmənim qardaşımdır” - FOTO

Ramiz Novruzun övladları arasında DAVA: “Düşmənim qardaşımdır” - FOTO

“Qardaşımın keçmiş həyat yoldaşı Əzizə və bacım Şəfəq arasında qalmaqal yaranıb. Keçmiş gəlinimiz bacım haqqında polis bölməsinə müraciət etməyə hazırlaşırdı”.

 

Bu fikirləri Oxu.Az-a mərhum Xalq artisti Ramiz Novruzun oğlu aktyor Cavidan Novruz deyib.

 

O bildirib ki, bacısı Şəfəq Novruz sosial şəbəkələrdə ailədaxili söz-söhbətləri ictimailəşdirərək, səhvə yol verib:

 

“Şəfəq dəfələrlə paylaşım etdi, məsələnin bağlanmasına imkan vermədi. Əzizə polis bölməsinin qarşısına gedəndə mənə zəng etmişdi, Lənkəranda səfərdə idim, ona bildirdim ki, sakitləşsin, söz-söhbət böyüməsin. Niyyətim sadəcə keçmiş gəlinimizi fikrindən daşındırmaq, ailəmizin adını, birliyini qorumaq idi. O isə mənim səsimi qeyd edərək, öz lehinə istifadə etməyə çalışıb. Bundan sonra Şəfəqlə də aramızda inciklik yarandı, bacım keçmiş gəlinimizi guya müdafiə etdiyimi düşünüb. Halbuki, mən kimin günahkar olduğunu çox yaxşı bilirəm. Əzizənin səhvləri var, bunu hamımız yaxşı bilirik, amma qardaşımın övladlarını da düşünməliyik, onların gələcəyi vacibdir. Özü həssas dönəmdədir, mənəvi çöküb, artıq məsələnin bu qədər böyüməsini həzm edə bilmir. Belə məqamlarda kimsə daha müdrik davranmalıdır ki, hər iki tərəf sakitləşsin, Əzizənin başqa səhvlərinin də üstü açılmasın, söz-söhbət uşaqlara da mənfi təsir etməsin”.

 

Cavidan Novruz onu da bildirib ki, Şəfəq Novruz atasının vəfatından sonra psixoloji gərginlik içindədir:

 

“Biz ona çox yalvardıq ki, ailədaxili məsələləri ictimailəşdirməsin, sosial şəbəkələrdə paylaşıb, daha da böyütməsin. Amma o bizi dinləmədi. Hər birimiz onun yanında olmağa çalışdıq, bizə qapını belə açmadı. Məni isə son məqamdan sonra, ümumiyyətlə, görmək istəmir. Bundan sonra nə deyə bilərəm.Allah Əzizəyə də kömək olsun, ümid edirəm, bundan sonrakı addımlarını düzgün atar”.

 

Qeyd edək ki, mərhum Xalq artisti Ramiz Novruzun qızı stilist Şəfəq Novruz özünün sosial şəbəkə hesabında qardaşı Cavidan Novruz haqqında “bundan sonra düşmənimdir” şəklində paylaşım edib.

 


OXŞAR XƏBƏRLƏR

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...

Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək- Bu dəfə 5 gün

COP29-un uğurla başa çatmasından sonra Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, sentyabrın...

Əməkdar artist VƏFAT ETDİ

Rusiyanın əməkdar artisti Nina Qrebeşkova vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 94 yaşında dünyasını dıyişib.   Qrebeşkova m...

Saleh Məmmədov polisin nəzarəti altında olan direktoru vəzifəsindən AZAD ETDİ

"8 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru İlham Novruzov vəzifəsindən azad edilib.   S...