Bakını gözləyən hansı təhdidlər Əliyevin namizədliyini şərtləndirdi? - ŞƏRH

Bakını gözləyən hansı təhdidlər Əliyevin namizədliyini şərtləndirdi? - ŞƏRH

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirildi.

 

İclasda iki mühüm qərar verildi:

 

1. YAP-ın İdarə Heyətinin iclasında növbədənkənar prezident seçkisində iştirakına qərar verildi;

 

2. YAP-ın növbədənkənar prezident seçkisində namizədi hazırkı dövlət başçısı İlham Əliyevin olması qəbul edilib;

 

YAP-ın namizədinin İlham Əliyevin olması gözlənilirdi. Xüsusilə indiki məqamda onun seçkilərə getməsi istər ölkə üçün, istər region üçün, istərsə də geosiyasi proseslər baxımından olduqca vacibdir.

 

İlham Əliyev hər şeydən öncə xarici təhdidləri sezməyi və analiz aparmağı yaxşı bacarır. Təsadüfi deyil ki, onun hakimiyyəti illərində Azərbaycan balans siyasətini qorumağı, beləliklə isə xarici təhdidlərdən yayınmağı bacarıb. Bu siyasət xüsusilə keçmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ” münaqişəsi illərində daxili auditoriya və müxalifət tərəfindən sərt tənqid edilsə də Əliyev bu siyasətdən bir addım da geri atmadı.

 

İlham Əliyevin apardığı balans siyasəti həm də vaxt udmağa hesablanmışdı. Azərbaycanın güclü xarici əməkdaşlara, müttəfiqlərə, ordusunu aparıcı ölkələrin orduları ilə bərabər səviyyədə inkişaf etdirməyə, iqtisadiyyatı gücləndirməyə ehtiyacı vardı.

 

İlham Əliyev 20 ilə bütün bunları bacardı. Nəticə etibarilə 44 günlük ikinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri ilə “Ermənistan Azərbaycan Dağlıq Qarabağ” münaqişəsinin “Dağlıq Qarabağ” etapı bitdi.

 

İ.Əliyev böhran vəziyyətlərinə hazırlıqlı, dözümlü və çıxış yolu tapmağı yaxşı bacarır. O, qətiyyəti, prinsipiallığı ilə dəfələrlə dövlətin mövqeyini ən üst səviyyədə təmin etməyi bacarıb. Xüsusilə onun 44 günlük ikinci Qarabağ müharibəsi zamanı həm Ali Baş Komandan kimi əməliyyatlara nəzarət etməsi, həm prezident kimi vaxtaşırı xalq qarşısına çıxıb proseslər barədə birbaşa məlumat verməsi, həm də informasiya müharibəsinin aparıcı qüvvəsi kimi xarici mediaya müsahibələr verərək reallığı çatdırması böhran vəziyyətlərində necə davranılmalı olduğunu əyani şəkildə sübut edir.

 

İ.Əliyevin məhz indi seçkilərə qatılması həm də gələcək perspektivdə Azərbaycanı gözləyən real təhdidlər baxımından vacibdir. Məsələ ondadır ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra qlobal aktorların Azərbaycana baxış bucağı da dəyişib. Yəni bu günə qədər edilən təzyiqlər daha çox Qarabağ münaqişəsi və Ermənistan üzərindən idisə, yeni təzyiqlər daha qlobal və dərin olacaq.

 

İlham Əliyev dövlət başçısı kimi Bakını hədəf alan qlobal aktorların ehtimal təhdidlərini ölkəmizə qarşı yarana biləcək risk faktorlarını ciddi təhlil etmək potensialına və təcrübəsinə malikdir.

 

Hesab edirəm, YAP-ın İlham Əliyevin prezidentliyə namizədliyini məhz indi irəli sürülməsi yerində, düzgün və partiyanın tarixindəki ən strateji qərardır. İlham Əliyevin seçkidə qələbə qazanacağı isə şübhəsizdir.

 

Müəllif: Politoloq Turan Rzayev

 


OXŞAR XƏBƏRLƏR

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...