Azərbaycanda inək və qoyun sayı azalır - Ət qiymətləri bir qədər də yüksələcək 

Azərbaycanda inək və qoyun sayı azalır - Ət qiymətləri bir qədər də yüksələcək 

2023-cü ildə Azərbaycanda qırmızı ətin bahalaşmasına səbəb olan inək və qoyun sayında azalma hələ də davam edir. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2023-cü ilin noyabrın 1-də ölkəmizdə inək və camış sayı 1,252 milyon başa düşüb. İnək və camış sayı ötən ilin oktyabrında olan sayla müqayisədə xeyli azdır. 2022-ci ilin oktyabrında 1,295 milyon baş inək və camış olub ki, bu da cari ildəki saydan 114 min baş çoxdur. 


İnək və camışlarla bərabər qoyun və keçilərin də sayı azalır. Rəqəmlərdəki dəyişiklik göstərir ki, qoyun və keçi sayında azalma daha sürətlə gedir. Belə ki, son bir ildə qoyun və keçi sayı 705 min baş azalaraq 7,223 milyon başa düşüb. 


Son bir ildə inək, camış, qoyun və keçi sayında azalmanın baş verməsi mal və qoyun ətinin bahalaşmasına səbəb olub. 


Ötən bir ildə mal ətinin bir kiloqramının qiyməti orta hesabla 13 manatdan 14,5 manata qədər yüksəlib. Eynilə qoyun ətinin qiyməti 13,8 manatdan 15,8 manata qədər artıb. 


Ölkəmiz özünü mal və qoyun əti ilə tam təmin edə bilmədiyindən ətin bir hissəsi xaricdən gətirilir. Amma quru sərhədlərin bağlı olması xaricdən ətlik diri heyvanların gətirilməsini çətinləşdirir. Belə olduqda bazarın qırmızı ətə olan tələbatının ödənilməsi üçün yerli heyvanlardan kəsim məqsədilə istifadə halları artır. Bu hal ölkəmizdə heyvan sayının azalmasına səbəb olur. 


Müşahidələr göstərir ki, quru sərhədlər bağlı qaldıqca ölkəmizdə inək və qoyun sayı azalacaq, nəticədə isə qırmızı ət qiymətləri yüksələcək. 

 


Vasif
 

 


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...